13 May 2016 16:48
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının bugünkü iclasında insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, "Müxalifət bloku" fraksiyasının nümayəndəsi Aleksandr Vikulanın Rus dilində etdiyi çıxış deputatların qəzəbinə səbəb olub.

Deputatlardan bəziləri Vikulanın üstünə hücum edib və onu döyməyə çalışıb. "Xalq cəbhəsi" fraksiyasının deputatı Yuri Timoşenko Vikulanı tribunadan itələyib. Baş verən hadisəyə görə iclas təxirə salınıb.

Samir


Müəllif:

Oxşar xəbərlər