13 May 2016 20:12
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın kansleri Angela Merkel mayın 22-də İstanbula səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Merkel mayın 23-də Türkiyədə keçiriləcək humanitar məsələlər üzrə beynəlxalq sammitdə iştirak edəcək.

Bununla bağlı Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert məlumat verib. Onun sözlərinə görə, Merkel iclasda çıxış edəcək və səfər çərçivəsində türkiyəli rəsmilərlə görüşlər keçirəcək.

Samir


Müəllif: