Pentaqonun əldə etdiyi son məlumatlara görə, İŞİD özünün əsas dayaq məntəqəsində - Suriyanın Rakka şəhərində fövqəladə vəziyyət elan edib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın təmsilçisi polkovnik Stiven Uoren bildirib.
Onun sözlərinə görə, İŞİD öz qüvvələrini şəhərdə və şəhərətrafında cəmləyir, aviazərbələrin endiriləcəyi potensial hədəflərin müdafiəsini gücləndirir.
Nihad