İŞİD terror təşkilatı döyüşçüləri İraqın Ninova şəhərində növbəti edamı gerçəkləşdirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edam edilən 5 nəfər dinlərini dəyişdirməkdə ittiham olunublar.
Diqqət çəkən məqam isə edam zamanı cəlladların dinc sakinlər arasında seçilməsi olub. Terrorçular "edam etmək istəyənlər barmaq qaldırsın" deyə sakinlərə səsləniblər. Seçilən şəxslərə silahlar verilib və edam həyata keçirilib.
Elvin