Yəmənin cənubunda özünü İslam Dövləti adlandıran qrupun canlı bomba hücumu azı 25 nəfərin həlak olmasına səbəb olub.
Rəsmilər deyirlər ki, canlı bomba Mukalla şəhərinin polis bazasının yaxınlığında partlayıb.
İD-in cihadçı rəqibi Ərəbistan Yarımadasında əl-Qaidə (AQAP) ötən ay Səudiyyənin başçılıq etdiyi hərbi koalisiya tərəfindən Mukalladan çıxarılıb.
2011-ci ildən bəri Yəməndə davam edən münaqişə təxminən iki milyon insanın köçkün vəziyyətə düşməsinə səbəb olub.