Yəməndə dəhşətli terror aktı baş verib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, terrorçunun özünü partlatması nəticəsində 41 nəfər ölüb, 60 nəfərdən artıq insan yaralanıb.
Bundan əvvəl 30 nəfərin öldüyü, 70 nəfərin yaralandığı barədə xəbər yayılmışdı.
Hadisə Yəmənin cənubundakı Əl-Mükəlla şəhərində polisdə çalışmaq istəyənlər üçün toplanış məntəqəsində baş verib. Yeni polis əməkdaşlarının sıralarına daxil olan terrorçu partlayıcı qurğunu işə salıb.
Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
Nihad