İraqda törədilmiş bir neçə partlayış nəticəsində azı 15 nəfər ölüb, 46 nəfər yaralanıb.
APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, dörd partlayış Bağdadın müxətlif bölgələrində törədilib.
Bundan əlavə Bağdaddan 30 km aralıda yerləşən Əl-Latifiya şəhərində minalanmış avtomobil partladılıb. Nəticədə 7 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlərdən ikisinin hərbçi olduğu bildirilir.