19 İyun 2014 13:00
3 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gizli görüntü" davası 3 nəfərin ağır yaralanmasına səbəb olan dava ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Ərzurum şəhərində baş verib. Belə ki, evli və bir uşaq anası olan P.K. saat 23:00-da övladını yatırarkən pəncərədən qonşularının onu izlədiyini bildirib. Ailəsini baş verən hadisədən xəbərdar edən qadın daha sonar şəhər hüquq-mühafizə orqanlarına da müraciət edib. Aparılan araşdırma zamanı gənc qadının yataq otağının görüntülərini izləyən şəxsin ən yaxın qonşuları E.D. olduğu məlum olub.

Bu hadisədən sonra qonşular arasında dava düşüb və 3 nəfər ağır xəsarət alıb. Polis hadisə nəticəsində ilkin olaraq şübhəli qismində M.K. (36), R.K. (29), Ü.K. (25), M.K.-nı (22) həbs edib. Faktla bağlı araşdırma davam edir.

Dəniz Əliyeva


Müəllif: