Rusiyanın Anapa aeroportunda naməlum şəxslər Korrupsiya ilə mübarizə fondunun qurucusu Aleksey Navalnıya və Fondun əməkdaşlarına hücum edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı fondun nümayəndəsi Kira Yarmaş tvitter hesabında məlumat verib.
Onun sözlərinə görə, hücumçuların sayı 30 nəfərdən çox olub: "Hadisə zamanı Navalnı və onun rəhbərlik etdiyi fondun nümayəndələri Artyom Torçinsko və Roman Rubanov xəsarət alıb. İnsident yerinə dərhal polis əməkdaşları gəlib".
Faktla bağlı araşdırmalara başlanıb.
Samir