17 May 2016 15:43
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıdarkən təyyarədə keçirilən görüşlə bağlı jurnalistlərə açıqlama verib.

Teleqraf.com news.am saytına istinadən xəbər verir ki, Sarkisyan görüşün nəticələrindən razı qaldığını deyib:

"Hər bir tərəf görüşdə öz maraqlarını güdür. Azərbaycan kimi bizim də öz hədəflərimiz var. Bizim məqsədimiz danışıqların dalana dirənib-dirənmədiyini yoxlamaq idi. Təfərrüatlara toxunmağa ehtiyac yoxdur. Ümumilikdə görüşün nəticələrindən razı qaldım. Lakin bununla belə Azərbaycan prezidenti əmin etdi ki, nə onun ölkəsi, nə şəxsən özü hansısa problemin hərbi yolla həllini qarşıya məqsəd qoymayıb.

İnanıram ki, bu fikirdən sonra siz mənim reaksiyamı hiss edə bildiniz. Bu, yaxşı olsa da, o qədər də inandırıcı deyil. Belə söhbətlər dəfələrlə olub, ancaq reallıqda buna əməl olunmur. Biz də düşünürük ki, münaqişənin hərbi yolla həlli yoxdur.

Təklif olundu ki, prezidentlərin növbəti görüşündən öncə qoşunların təmas xəttində növbəti monitorinq keçirilsin".

Samir


Müəllif:

Oxşar xəbərlər