17 May 2016 15:49
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Cavad Zərifi dünən Vyanada aparılmış Qarabağ danışıqları barədə məlumatlandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

Bu gün S.Lavrov C.Zəriflə bağlı qapılar arxasında ikitərəfli görüş keçirib. C.Zərif S.Lavrovun iş qrafiki ilə maraqlanıb. Lavrov bildirib ki, Vyanaya bir gün əvvəl Minskdən gəlib. Dünən amerikalı həmkarı Con Kerri ilə görüşüb və Suriyaya Yardım üzrə Beynəlxalq Qrupun toplantısında iştirak edib.

Rusiya XİN başçısı həmçinin bildirib ki, Suriya müxalifətinin təmsilçiləri görüşüb və Qarabağ münaqişəsinin izamlanmasına dair danışıqlara qatılıb.

Yaxın vaxtlarda Vyanada Suriya məsələsinin siyasi yolla mümkün həllinə dair danışıqlara start veriləcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər