17 May 2016 16:51
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Birliyinin viza rejiminin ləğvi qarşılığında Türkiyədən terrorçuluqla mübarizə ilə bağlı qanunvericiliyi dəyişmək tələbini terrorçuluğa dəstək kimi qiymətləndiririk".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə təzyiqi qəbul etmir və heç bir güzəştə getməyəcək. Nazir həmçinin, Avropa Birliyinin nümayəndələrinin Ankaranın AB-yə təzyiq göstərməsi fikrini də rədd edib:

"Biz təzyiq göstərmirik. Sadəcə, həqiqəti dəqiq söyləyirik. Bunu şişirtmək lazım deyil. Avropa Birliyi Türkiyənin iştirakı olmadan qlobal oyunçu ola və iqtisadi problemləri həll edə bilməz".

Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyası Avropa Birliyi ilə Türkiyə arasında vija rejiminin ləğvinin 5 şərt qarşılığında mümkünlüyünü bildirib. Bura korrupsiya hallarının qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi, AB ilə operativ sazişin imzalanması barədə danışıqların aparılması, təşkilata üzv ölkələrlə məhkəmə sistemində əməkdaşlıq, məlumatların mühafizəsinin AB standartlarına uyğunlaşdırılması və terrorçuluqla mübarizə üzrə qanunvericiliyə yenidən baxılması aiddir. Məsələ ilə bağlı açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara antiterror qanunvericiliyini dəyişməyəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər