18 May 2016 08:34
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusu Deyr Əl Zor şəhərindəki dövlət xəstəxanasını İŞİD-dən azad edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, səhiyyə ocağı ötən ilin martından yaraqlıların nəzarətində idi.

Hələlik şəhərin tam hökumət qüvvələri və ya yaraqlıların əlində olması bəlli deyil.

Suriya ordusunun zabiti mayın 17-də hökumət qoşunlarının dəstək qüvvələri ilə birlikdə yaraqlıların nəzarətində olan həmin ərazini azad etdiklərini bildirib.

Əməliyyat zamanı orda olan bütün yaraqlıların məhv edildiyi bildirilir. 5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Hazırda ölkənin bir sıra bölgələri hələ də “İslam Dövləti” qrupunun nəzarətindədir.


Müəllif:

Oxşar xəbərlər