Fransada ikinci gündür ki, əmək qanunvericiliyində islahatlara qarşı etiraz aksiyaları və tətil keçirilir.
Teleqraf.com "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, islahatları prezident Francis Olland və əmək naziri Miriam el-MKomri təklif ediblər.
Ölkənin müxtəlif şəhərlərində minlərlə işçi, hərbçi və tələbə eyni vaxtda tətilə çıxıb. Fransa radiosunun məlumatına görə,“Orli” və “Şarl-de-Qol” hava limanları da tətilə qoşulub.
Cümə axşamı həmçinin mülki aviasiya pilotlarının da tətilə qoşulacaqları gözlənilir. İndiki tətil və aksiyalar bir neçə aydır ki, ölkədə davam edən etiraz kampaniyasının davamıdır.
Fransa mətbuatının yazdığına görə aksiyalarda milyonlarla adam iştirak edir.
Həmkarlar ittifaqları hesab edir ki, prezident Olland işçilərin hüquqlarının pozulması hesabına biznesə güzəştə gedir. Sahibkarlar maksimum iş saatını mövcud 10 saatdan 12 saata qaldıra bilərlər.
Əlavə işə görə pul isə mövcud 25 faizdən 10 faizə salına bilər. Etirazlara baxmayara prezident bəyan edib ki, qanun layihəsi qəbul olunduğundan islahatlarda güzəştə getməyəcək.
Həmkarlar ittifaqları əhalinin 70 faizinin islahatlara qarşı olduğunu deyirlər.