17 May 2016 21:39
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Tobrukedə tanınan rəsmi hökuməti Əl-Bayda şəhərindəki banklardan birində Müəmmar Qəddafinin şəkli olan 184 milyon dollar dəyərindəki qızıl və gümüş pullar saxlanan seyfi aça bilmir.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, görünür ki, ev yaran oğruların yardımı olmadan saxlanc yerini açmaq mümkün olmayacaq. Çünki seyfin kodu yalnız Tripolidə hakimiyyətlə rəqabət aparan qondarma hökumətə məlumdur.

Tripolidəki hökumət isə şifrələri verməkdən imtina edir. Situasiyanı çətinləşdirən həm də Əl-Bayda sakinləri hesab edir ki, bu pullar hüquqi cəhətdən onlara məxsusdur. Müəmmar Qəddafi 2011-ci ildə vəhşicəsinə öldürülüb.


Müəllif:

Oxşar xəbərlər