Suriyadakı müharibədən, səfalətdən bezərək Avropaya üz tutmaq məcburiyyətində qalan Suriya qaçqınları getdikləri yerlərdə insanlığa sığmayan davranışlarla üzləşməli olublar.
Almaniyanın Bild qəzetinin müxbirləri Bolqarıstanda qaçqınların durumunu araşdırarkən dəhşətli mənzərə ilə üzləşiblər. Bolqarıstan polisi ilə əməkdaşlıq edən maskalı şəxslər soyuq silahlarla dağlarda qaçqın axtarışlarına çıxıblar. Türkiyə ilə sərhəddə yerləşən İstranca Dağlarında axtarışlar aparan maskalı şəxslə Suriya və Əfqanıstandan olan qaçqınları tapıb Türkiyəyə göndərirlər.
Onlar qaçqınları tutub əl-qollarını bağlayırlar və sonra maşınlara yığıb Türkiyə ərazisinə keçirirlər. Maskalılardan biri Almaniya kansleri Angela Merkelin təlimatına uyğun hərəkət etdiklərini deyib: "Bunların çox Türkiyədən gəlib. Türkiyədə müharibə yoxdur. Onları geri qaytarırıq".
Ayxan