17 May 2016 22:21
6 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə vətəndaşlarının Rusiyada işləməsinə dair ötən il tətbiq etdiyi qadağanı ləğv edib.

Teleqraf.com-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, imzalanan qərara əsasən, bundan sonra “Ziraat Bank”, “Yapı Kredi Moskva”, “İş Bank”, “Garanti Bank – Moscow”, “Prokommertsbank” və “Credit Europe Bank” Türkiyə vətəndaşlarını işə qəbul edə biləcək.

Xatırıldaq ki, Medvedev 31 avqust 2015-ci ildə türk vətəndaşlarının adıçəkilən banklarda işləməsini də qadağan eləmişdi.

Son günlər Rusiya Türkiyəyə tətbiq etdiyi bir neçə qadağanı ləğv edib.


Müəllif:

Oxşar xəbərlər