İranda narkotik maddələrin qaçaqmalçılığında, oğurluqda və cinsi təcavüzdə günahlandırılan 12 nəfər edam edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, edamlar Urmiya və Yəzd şəhərlərinin həbsxanalarında həyata keçirilib. Bundan başqa, edama məhkum edilən 5 məhbus ölüm hökmünün icrasına hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.
Qeyd edək ki, İranda edamların sayının kəskin dərəcədə artması müxtəlif ittihamlara görə həbsdə saxlanılan məhbus ailələrinin, eləcə də beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hakimiyyəti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.
Samir