Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Dərbəndin keçmiş meri İmam Yarəliyevin evinə basqın edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hazırda evin yerləşdiyi küçə bağlanıb və evdə axtarış işləri aparılır. Məlumatlara görə, sabiq merin barəsində “Vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Yarəliyev ötən il Dərbəndin meri vəzifəsində çalışıb. Bundan əvvəl isə 1995-2006-cı illərdə regionun prokuroru olub.
Samir