18 May 2016 12:09
1 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmad Federasiyasının prezidenti Kirsan İlyumjinov Azərbaycan və Ermənistan prezidentlərinə federasiyanın himayəsi altında şahmat internet-oyunu keçirməyi təklif edib.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı İlyumjinov özü məlumat verib. Onun fikrincə, şahmat oyunu qarşılıqlı anlaşmaya kömək edə bilər.

BŞF prezidenti məsələ ilə bağlı Serj Sarkisyana müraciət ünvanlayıb. Sarkisyan müraciəti qəbul edib: "Mayın 24-də Bakıda Azərbaycan prezidenti ilə görüşəcəm. Görüş zamanı İlham Əliyevə də internet vasitəsilə Azərbaycan və Ermənistan arasında kollektiv şahmat oyununun keçirilməsini təklif edəcəyəm”.

Samir


Müəllif:

Oxşar xəbərlər