“Eurovsion 2016”nın qalibi Ukrayna təmsilçisi Camala CNN Türk kanalına müsahibə verib.
Teleqraf.com xəbər verir ki, müsahibə əsnasında Camala “Ah yandım” türk mahnısını səsləndirib: “Müsabiqədə qalib olmaq istəyirdim. İlk dəfə “Eurovision” müsabiqəsində türk dilində bir mahnı səsləndi. İnşallah, Türkiyəyə gəlmək istəyirəm. Bacım və bacım uşaqları Türkiyədə yaşayırlar. Türk musiqisini çox sevirəm. Volkan Konak, Sertap Erener, Sezen Aksu və bir çox müğənniləri tanıyıram”.
Rəqsanə