Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan Donald Tramp deyib ki, prezident Putinin komplimentləri Moskva ilə əlaqələrin qurulmasına həlledici təsir göstərməyəcək.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Tramp Rusiya ilə gələcək əlaqələrinə toxunub: "Zənnimcə mənim Rusiya ilə yaxşı əlaqələrim olacaq – hərçənd ki, belə olmaya da bilər".
"Putin mənim barəmdə çox yaxşı danışıb. Bu pis deyil, bu əksinə çox yaxşıdır. Lakin onun haqqımda xoş şeylər deməsi ona danışıqlarda kömək etməyəcək. Bunun heç biri köməyi olmayacaq. Qısa bir zamanda mənim Rusiya ilə yaxşı münasibətlərdə olub-olmayacağım müəyyənləşəcək”, deyə Tramp qeyd edib.
Ötən ilin dekabr ayında Rusiya lideri Donald Trampı prezident yarışının “mütləq lideri” adlandırmışdı. Putin "O, çox parlaq, şübhəsiz ki, istedadlı şəxsiyyətdır” deyib.