19 May 2016 13:45
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada parlamentinin iclası insident ilə yadda qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iclas zamanı Kanadanın Baş naziri Castin Trudeau müxalif millət vəkilləri ilə dalaşıb.

Hadisə parlamentdə eftanaziya ilə bağlı qanunun səsverməyə çıxarılması zamanı baş verib. Müxalif deputatların qanuna qarşı səs verməsi baş naziri özündən çıxarıb. O, yerindən qalxaraq, qanunun əlehinə səs verənlərə tərəf gedib və onlara iradını kəskin şəkildə bildirib. Bundan sonra ara qarışıb və iclas təxirə salınıb.

Elvin


Müəllif:

Oxşar xəbərlər