"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB üzrə Dördüncü Departamentinindirektoru Aleksey Pavlovski Moskvada erməni jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, bununla bağlı Rusiya və digər həmsədr ölkələr kağız üzərində öz mövqelərini bildiriblər.
Sülhməramlıların Qarabağa yerləşdirilməsi məsələsinə toxunan Pavlovski bildirib ki, razılaşmalar əldə olunduğu təqdirdə sülhməramlılar Qarabağa yerləşdiriləcək.
Samir