Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr İŞİD terror təşkilatına ağır zərbə endirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Suriya ordusunun etibarlı mənbəsi məlumat verib.
Onun sözlərinə görə, Əsəd qüvvələri Dəməşq ətrafındakı 13 kəndi terrorçulardan azad edib. Döyüşlər zamanı çox sayda terrorçu öldürülüb. Mənbə əlavə edib ki, bu məntəqlər 2012-ci ildən terrorçu qruplaşmaların nəzarətində olub.
Samir