ABŞ, İngiltǝrǝ, Fransa, Rusiya, Çin vǝ Almaniyanın tǝşkil etdiyi “altılıq” ölkǝlǝri vǝ Avropa İttifaqı birgə açıqlama yayıblar.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yazılı açıqlamada ǝlaqǝli qanunlara ǝmǝl edilǝcǝyi müddǝtdǝ İran ilǝ ǝmǝkdaşlığa etiraz edilmǝyǝcǝyi bildirilib.
Açıqlamada vurğulanıb ki, nüvǝ proqramına görǝ tǝtbiq edilǝn sanksiyaların ləğvindən sonra İranla ticarət əlaqələri qurmaq üçün dünyadakı şirkǝtlǝr vǝ maliyyǝ qurumları üçün genişmiqyaslı iqtisadi imkanlar yaranıb: “İranla əməkdaşlıq edən beynǝlxalq şirkətlərə vǝ maliyyǝ qurumlarına qarşı cəza tətbiq edilməyəcək”.
Samir