Əfqanıstanın Bahlan əyalətində 11 nəfərdən ibarət ailə minaya düşərək, həlak olub.
Musavat.com xəbər verir ki, bu barədə məlumat “Khaama Press” agentliyində yer alıb.
Məlumatına görə, hadisə mayın 19-da baş verib. Ailənin olduğu avtomobil kustar üsulla hazırlanan partlayıcı qurğuya toxunub.
Yerli polisin məlumatına görə, ölənlərdən 5 nəfəri uşaqlardır. Həkimlər bildirirlər ki, partlayış nəticəsində daha üç uşaq yaralanıb və onların vəziyyəti ağırdır.