Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıçın əmisi oğlu, iş adamı Fatih Mehmet Kılıç öldürülüb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fatih Mehmet Kılıçın meyiti İstanbulda meşəlikdə tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, iş adamı başından açılan atəş nəticəsində həyatını itirib.
Hadisə ilə bağlı istintaq başlayıb. Məlum olub ki, 2 uşaq atası olan Mehmet Fatih Kılıç sonuncu dəfə 700 min lirəlik ofisin alqı-satqı məsələlərinin həll etmək üçün görüşə gedib.
Artıq hadisədə şübhəli bilinən Mətin Ü. saxlanılıb, Salim Ö. adlı şəxs isə polis tərəfindən axtarılır.
İlhamə