Kiyevin meri Vitaliy Kliçko Ukrayna paytaxtında dekommunizasiya prosesinin başa çatmaqda olduğunu bildirib.
Teleqraf.com-un "İnterfax"a istinadən xəbərinə görə, o, mayın 23-nə qədər sovet dövrünə aid son abidələrin də söküləcəyini vurğulayıb.
"Kiyev küçələrin adlarının dəyişdirilməsinə görə birinci yerdədir. Biz bütün lövhələri götürdük. İnanıram ki, bazar ertəsi gününə qədər son abidələr də götürüləcək".
Nihad