Türkiyənin Hatay bölgəsində qayığa quraşdırılan partlayıcı qurğunun işə düşməsi nəticəsində 1 əsgər şəhid olub, 2-si isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, səhər saatlarında naməlum şəxs sahil mühafizəsinə zəng edərək "burada bir qayıq var, içində çoxlu cəsəd var" deyib.
Sahil Mühafizə Xidməti əməkdaşlarının zəng gələn qayığa yaxınlaşaraq axtarış apardığı vaxt partlayış baş verib.
Nəticədə bir əsgər şəhid olub, ikisi isə yaralanıb.
Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.
Uğur