İran hərbçiləri ölkənin mərkəzi hissəsində keçirilməyə başlanan quru qoşunlarının təlimləri zamanı yaxınmənzilli "Nazeat" və "Fajr-5" ballistik raketlərini uğurla sınaqdan çıxarıb.
Bu barədə İslam Respublikası quru qoşunlarının komandanı Əhməd Rıza Purdastana istinadən IRNA məlumat yayıb.
"Hərbi təlimlərdə məqsəd müdafiə qabiliyyətinin yaxşılaşdırılması, vasitəli və assimetrik müharibələrdə istifadə olunan taktikaların həyata keçirilməsindən ibarətdir", — deyə komandan bildirib.
O, həmçinin əlavə edib ki, İranın quru qoşunları ölkənin müdafiəsinə tam hazırdır. Əhməd Rıza Purdastanın sözlərinə görə, təlimlərdə niyyət regionda sülhün qorunub saxlanmasından ibarətdir.
Təlimlər Kaşan və İsfahan şəhərlərində başlanıb.(report)