22 May 2016 22:53
521
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barack Obama mayın 22-də Vyetnama 3 günlük səfərə gedib.

Onu Hanoy hava limanında xarici işlər nazirliyinin rəsmiləri qarşılayıb.

Obama Vyetnam müharibəsindən 40 il sonra bu kommunist ölkəsi ilə müdafiə və iqtisadi sahələrdə əlaqələri gücləndirmək istəyir.

Onun səfər zamanı insan haqları barədə də məsələ qaldıracağı gözlənilir. Bunu onun köməkçisi deyib.

ABŞ prezidentinin bazar ertəsi prezident Tran Dai Quang, baş nazir Nguyen Xuan Phuc və Kommunist partiyasının baş katibi Nguyen Phu Trongla görüşü nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər