"Rusiya Federasiyası dinc sakinlərə yönəlik hava hücumlarının sayını artırıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç rusiyalı həmkarı Mariya Zaxarovanın fikirlərinə münasibət bildirərkən deyib:
"Zaxarova ötən həftə verdiyi açıqlamada Türkiyənin Suriya siyasəti haqqında bəzi iddialar irəli sürüb. Türkiyə əleyhinə olan bu yalan və şər dolu ifadələr 24 noyabrda baş verən insidentdən sonra Türkiyəyə qarşı yeridilən dezinformasiya kampaniyasının yeni formasıdır".
Bilgiç əlavə edib ki, Türkiyə Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatları diqqətlə izləyir: "Rusiya qırıcıları Suriyada xəstəxanaları, məktəbləri, sığınacaqları kimyəvi silahlarla vurur. Türkiyəni İŞİD terror təşkilatı ilə əlaqədə günahlandırırlar. Ancaq onlar İŞİD-i bəsləyən və onunla neft ticarəti aparan rejimlə ortaq olduqlarını bildirirlər".
Türkiyəli diplomat Rusiyanın Krımı ilhaq etməsi məsələsinə də diqqət çəkib: "Rusiyanın Krımı ilhaq etməsi onun tarixində qara ləkə olaraq qalacaq".
Samir