23 May 2016 13:49
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna parlamentinin deputatı Anton Geraşenko Avropa Birliyinə (AB) müraciət edərək sabiq SSRİ prezidenti Mixal Qorbaçaovu AB ölkələrinə buraxmamağı təklif edib.

Teleqraf.com "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Geraşenko Qorbaçovu Ukrayna-Rusiya münasibətlərini korlamaqda günahlandırıb: "Hesab edirəm ki, onu kimi adamlar Avropa Birliyinə yaraşmır".

Deputatın sözlərinə görə, Mixail Qorbaçov Ukraynada "qara siyahı"ya salınacaq: "Bizdə artıq Ukraynanın ərazi bütövlüyünün pozulmasına çağıranların siyahısı tutulub, məsələn, Jirnovski də ora daxildir. Qorbaçovun adını da həmin siyahıya əlavə etməyə çağırıram".

Mixail Qorbaçov bazar günü Böyük Britaniyanın "The Sunday Times" qəzetinə müsahibəsində Valdimir Putinin Krımı Rusiyaya birləşdirməsinə haqq qazandırıb. Sabiq sovet lideri bildirib ki, Putinin yerinə olsaydı, o da o cür hərəkət edərdi.

Mahir


Müəllif:

Oxşar xəbərlər