Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiq etdiyi 65-ci hökumətin tərkibini açıqlayıb.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən həmin siyahını təqdim edir:
Baş nazir - Binəli Yıldırım
Baş nazirin müavinləri - Nurettin Canikli, Mehmet Şimşek, Numan Kurtulmuş, Yıldırım Tuğrul Türkeş, Veysi Kaynak
Ədliyyə naziri - Bəkir Bozdağ
Ailə və sosial təminat naziri - Fatimə Beytül Sayan Kaya
Avropa İttifaqı naziri - Ömər Çelik
Elm, sənaye və texnologiya naziri - Faruk Özlü
Əmək və sosial təminat naziri - Süleyman Soylu
Ətraf mühit və şəhərsalma naziri- Mehmet Özhaseki
Xarici işlər Naziri - Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri - Nihat Zeybəkçi
Energetika və təbii sərvətlər naziri - Berat Albayrak
Gənclər və idman nazir- Akif Çağatay Kılıç
Ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri - Faruk Çelik
Gömrük və ticarət naziri - Bülənt Tüfənkçi
Daxili işlər naziri - Efkan Ala
İnkişaf naziri - Lütvi Elvan
Mədəniyyət və turizm nazir - Nabi Avçı
Maliyyə naziri - Naci Ağbal
Təhsil naziri- İsmət Yılmaz
Milli müdafiə naziri - Fikri İşıq
Meşə və su məsələləri naziri - Veysəl Əroğlu
Səhiyyə naziri - Rəcəb Akdağ
Nəqliyyat, dənizçilik və kommunikasiya naziri- Əhməd Arslan
Samir