Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə istefa verən baş nazir Əhməd Davudoğlu haqqında sərt fikirləri ortaya çıxıb.
Teleqraf.com cnnturk.com-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzetinin yazarı Əbdülqadir Selvi köşəsində yazıb.
Köşədə vurğulanır ki, Ərdoğan mayın 5-də Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri ilə görüşü zamanı partiyanı daha fəal olmağa çağırıb. O, AKP-nin indidən 2019-cu il seçkilərinə hazırlaşmalı olduğunu deyib:
"Partiya güclü olsa, hökumət də, baş nazir də, prezident də uğur qazanar. Bu səbəbdən hökumət və partiya ayrı-ayrılıqda gücləndiriləcək. Bu, Davudoğlunun dönəmində AKP-nin zəif olduğu anlamına gəlmir".
Bundan başqa, Türkiyə prezidenti aprelin 29-da Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) iclasında çıxışı zamanı Davudoğlunu tənqid edib: "Mən Səudiyyə Ərəbistanına gedirəm. 15 gün sonra Davudoğlu ora gedir. Mən Amerikadan qayıdıram, 15 gün sonra Davudoğlu ora getməyə hazırlaşır. Mən Davudoğlunu anlaya bilmirəm. Bu necə xarici siyasətdir?"
Samir