İtaliya polisi ölkənin Neapol, Roma, Kazert, Paviya, Latin və Varez şəhərlərində əməliyyat keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı 57 təhlükəli mafioz saxlanılıb.
Məlumatlara görə, əməliyyat zamanı əsas hədəf İtaliyanın cənubundakı Kampaniya vilayətində fəaliyyət göstərən Auqusto La Torrenin rəhbərlik etdiyi klan olub. Saxlanılanlar çoxsaylı qətllərdə, reketçilikdə, narkotiklərin satışında, oğurluqda və qanunsuz silah saxlamada ittiham edilirlər.
Elvin