20 İyun 2014 02:55
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Pyotr Poroşenko arasında cümə axşamı telefon danışığı olub. Poroşenko telefon söhbəti zamanı Rusiya liderinə Ukraynanın şərqindəki böhranın aradan qaldırılmasına dair özünün 14 bəndlik sülh planı ilə bağlı məlumat verib.

“Ukrayna prezidenti sülh planının reallaşmasının qrafiki və həlledici məqamlarını təsvir edib. Ukrayna dövlətinin başçısı sülh planına dəstəyə ümid etdiyini söyləyib”, - deyə açıqlamada bildirilir.

Öz növbəsində Putin ikitərəfli münasibətlərlə bağlı cari məsələlərlə yanaşı, həyat qabiliyyətli anlaşma əldə edilməsi üçün münaqişə zonasında atəşin dayandırılmasının vacibliyinə diqqət çəkib. /Musavat/


Müəllif: