Venesuelada polis 4 ton kokain müsadirə edib və 10 nəfər narkotik alverçisini saxlayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, müvafiq əməliyyat ölkənin Taçira və Varqas ştatlarında həyata keçirilib.
Külli miqdarda narkotik maddənin Meksikanın “Los-Setas” narkokartelinə məxsus olduğu müəyyən edilib.
Qeyd edək ki, ilin əvvəlindən Venesuelada 24,4 ton müxtəlif narkotik maddə müsadirə edilib, 450-dək narkotik alverçisi saxlanılıb.