27 May 2016 21:33
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın İrlandiyadakı səfiri Kevin Vikers anım mərasimi zamanı gözlənilməz hərəkəti ilə yadda qalıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, səfir mərasimə tək başına etiraz etməyə çalışan şəxsi itələyərək, yerə sərib. Mərasim 1916-cı ildə İrlandiyada baş verən Pasxa qiyamında həlak olanların xatirəsinə həsr olunub.

Etirazçı mərasimin keçirildiyi yerə gələrək, qışqırmağa başlayıb: "Bu təhqirdir! Ar olsun!" Bu sözlər səfiri özündən çıxarıb.

Baş verənlər kameralar vasitəsilə lentə alınıb. Həmin görüntüləri təqdim edirik:

Elvin


Müəllif:

Oxşar xəbərlər