20 İyun 2014 12:50
2 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com bildirir ki, Paytaxt Bağdad və onun şimalında yerləşən Salah-əd-Din şəhərlərinə aviazərbələr endirilməsi nəticəsində yaraqlılar məhv edilib.

“İraq Hərbi Hava Qüvvələrinə iki kənddə terrorçulara avizərbələr endirmək barədə tapşırıq verilib. Zərbələr zamanı 55 terrorçu, onların nəqliyyat vasitəsi məhv edilib”, -deyə İraq müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib./AzVision.az/


Müəllif: