Rusiya prezidenti Vladimir Putin Su-24 qırıcısının Türkiyə tərəfindən vurulmasından sonra yaşanan gərginliyin aradan qaldırılması, əlaqələrin bərpası niyyətində olduğunu açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, Rusiya prezidenti Yunanıstana səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, Türkiyə tərəfi yaşanmış insidentə görə hələ də üzr istəməyib: “Bundan başqa ziyanın kompensasiyası üçün Türkiyə tərəfindən hər hansı bir hazırlıq görüldüyünün də şahidi olmadıq. Əlaqələrin yenidən bərpası ilə bağlı arzu və istəkləri eşitmişik. Biz də ölkələr arasında münasibətlərin düzəlməsini istəyirik. Bu əlaqələri pozan biz deyilik. Biz Türkiyə-Rusiya arasındakı partnyorluq və dostluq əlaqələrini görülməmiş səviyyəyə çatdırmaq üçün əlimizdən gələn hər şeyi etdik. Türk-rus xalqları arasında dostluq münasibətləri çox yüksək səviyyəyə çatmışdı. Biz buna çox dəyər verirdik. Niyə bu hadisə yaşandı, hələ də başa düşə bilmirəm”.
Putin vurğulayıb ki, Türkiyə tərəfinin rəsmi açıqlamaları ilə tanışdır, lakin konkret addımlar gözləyir: “Biz Türkiyə tərəfi ilə müxtəlif kanallarla ünsiyyət qururuq. Onlar bizim verəcəyimiz cavabı bilir. Biz bəzi konkret addımlar gözləyirik. Hələ ki bunlara rast gəlmirik”.
Nərgiz