İranın Kərəc şəhərinin Recayişehr həbsxanada olan 7 kürd məhbus edam ediləcək.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, kürd məhbuslar milli təhlükəsizliyə zərər vurmaqda ittiham olunub.
Məhkəmə məhbusların özlərini müdafiə etməsi üçün vəkil tutmasına icazə verməyib.
Xatırladaq ki, İranda yanvar ayında da 5 kürd qəsdən adam öldürməkdə ittiham olunaraq edam edilmişdi.