Bu həftə ərzində Liviya sahillərində gəminin qəzaya uğraması nəticəsində 700-dən çox miqrantın öldüyü ehtimal edilir.
Teleqraf.com Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT Qaçqınlar üzrə Ali Komissarının idarəsi məlumat yayıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarının idarəsinin təmsilçisi Federiko Fossi əmin olmasalar da, bu həftə 700-dən çox miqrantın Aralıq dənizində batmasını ehtimal etdiklərini bildirib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Avropaya 194 min 611 miqrant gəlib, 1475 insan miqrant isə ölüb.