ABŞ Hərbi Dəniz Qüvvələri bu yay hərbi gəmilərdə super silah sayılan relsotronu quraşdırmaq və real şəraitdə sınaqdan çıxarmaq niyyətindədir.
APA-nın məlumatına görə, bunu bu gün “Fox News” telekanalına müsahibəsində müdafiə məsələləri üzrə mütəxəssis Allison Berri bildirib.
A. Beri deyib ki, bu, yeni nəsil silahdır. Dünən isə “Wall Street Journal” nəşri ABŞ Hərbi Dəniz Qüvvələrinin relsotronla bağlı təcrübi sınaqlarına dair ilk kadrı yayıb. Bu silahın əsasını relsdə hərəkət edən elektromaqnit qülləsi təşkil edir. Bu yeni silah ABŞ-a gələcəkdə Rusiya və Çini hərbi texnologiya sahəsində qabaqlamağa imkan verəcək. Relsotron Hərbi Dəniz Qüvvələrini limitsiz mərmi ilə təchiz edəcək, partlayış təhlükəsi olan mərmlərdən istifadəni aradan qaldıracaq.