30 May 2016 20:46
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya rejimi və Rusiya ordusuna aid qırıcı təyyarələrin Hələbdə müxaliflərin idarəsi altında olan bölgələrə hava hücumları davam edir.

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, mayın 30-u Hələbə qarşı ən azı 170 hava hücumu təşkil olunub.

Hücumlar nəticəsində ikisi uşaq olmaqla 15 nəfər həyatını itirib.

Hücumlar zamanı yaralanan vətəndaşların vəziyyəti jurnalistlər tərəfinfən lentə alınır. Əhməd Cəmili də rejimin hava hücumları zamanı yaralanan uşaqlardan biridir. Ona göstərilən ilk yardım zamanı çəkilən görüntülərdə Əhmədin gözyaşları içərisində “Kəsməyin mənim təzə paltarlarımı. Onları dünən almışdıq” deyə sitəm etməsi həkimləri kövrəldib.

Həmin görüntüləri sizlərə təqdim edirik:


Müəllif:

Oxşar xəbərlər