31 May 2016 14:00
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan ordusunun generalı Mels Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs olunub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ermənistannın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Onlar vəzifələrindən sui-istifadə etməkdə ittiham olunur. Məlumatlara görə, saxlanılanlar orduya aşağı keyfiyyətli malların şişirdilmiş qiymətə alınması ilə məşğul olublar.

Qeyd edək ki, buna qədər Müdafiə Nazirliyinin avtomobil xidmətinin rəisi, polkovnik David Abramyan da həbs olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər