31 May 2016 16:21
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin müvəqqəti sədri Əli Laricani mayın 31-də keçirilən səsvermədə 3-cü dəfə qurumun sədri vəzifəsinə seçilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Laricani keçirilən səsvermədə 237 deputatın səsini qazanıb. Səsverməyə ümumilikdə 276 deputat qatılıb. Onlardan 28-i bitərəf qalıb.

Qeyd edək ki, Laricani mayın 29-da səsvermə yolu ilə rəqibi Məhəmmədrza Arifə qalib gələrək, parlamentin müvəqqəti sədri vəzifəsinə seçilmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər