Rusiya prezidenti Vladimir Putin Türkiyəyə satılan qazın həcminin artırılmasına dair göstəriş verib.
Teleqraf.com xəbər verir ki, göstərişə uyğun olaraq "Qazprom"un direktoru Aleksandr Medvedev BOTAŞ və Türkiyədəki özel təbii qaz şirkətlərinə satılan mavi yanacağın həcmini əvvəlki səviyyəyə uyğunlaşdırılması üçün addımlar atıb. Qiymətlər də əvvəlki həddə saxlanılıb.
Qeyd edək ki, iki ölkə arasında yaşanan problem üzündən "Qazprom" Türkiyəyə satdığı qazın qiymətini qaldırmaq istəyib, həcmini isə azaltmışdı.
Ayxan