Rusiya xarici işlər naziri Sergey Lavrov fransalı həmkarı Jan-Mark Eyro ilə telefon danışığı aparıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danışıqların əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi olub. Bu barədə məlumat Rusiya XİN-in rəsmi saytında yerləşdirilib:
"Nazirlər Ukrayna böhranı məsələsində "Normand dördlüyü"nün fəaliyyətinə dəstək vermək, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət nəticələrə nail olmaq və Rusiya-Fransa ikitərəfli münasibətlərinin inkişafı məsələlərini müzakirə ediblər".
Samir